...

MDB Parlamentlərarası assambleyanın üzvü hesab edir ki, MDB münaqişəli vəziyyətlərin müzakirə edilməsi üçün real meydança olub

Siyasət Materials 12 Dekabr 2006 15:58 (UTC +04:00)

İndi MDB 15 il əvvəl olduğundan daha möhkəm və faydalı təşkilatdır. Bu barədə MDB Parlamentlərarası assambleyanın üzvü Vladimir Çurov Trend ə eksklüziv olaraq bildirib.

"Çünki o, birincisi, münaqişəli vəziyyətlərin müzakirə edilməsi üçün, ikincisi isə suveren dövlətlərdə miqrasiya, narkotik alveri ilə mübarizə kimi vaxtı çatmış problemlərin həlli üçün, eləcə də, məsələn, Qazaxıstan və Rusiya, Azərbaycan və Gürcüstan, Ukrayna və Rusiya arasında birgə böyük iqtisadi layihələrin müzakirə edilməsi üçün real meydança olub", - deyə o əlavə edib.

Onun fikrincə, MDB-də müsbət məqamlar Rusiya və Qazaxıstan arasında böyük neft-qaz yatağının işlənməsi üzrə saziş, Rusiya və Ukrayna arasında Qərbi Avropaya gedən qaz-nəqliyyat sisteminin müasirləşdirilməsi üzrə danışıqların irəliləməsi, eləcə də ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıqdır.

V.Çurov bildirib ki, 2007-ci ilin yayında Sankt-Peterburqda MDB dövlət başçılarının aralıq qeyri-rəsmi görüşü keçiriləcək. Sonra MDB rəhbərlərinin yüksək səviyyədə rəsmi görüşünün keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti