...

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək

Siyasət Materials 13 Dekabr 2006 19:06 (UTC +04:00)

Dekabrən 13-də Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib. Trend xəbər verir ki, iclasda bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilib.

Qanun layihəsində bələdiyyələrə ümumilikdə 8 məsələ üzrə - təhsil, mədəniyyət, səhiyyə, ictimai nəqliyyat, təsərrüfat əhəmiyyətli obyektlərin və sair bu kimi sahələrin idarə olunması və inkişaf etdirilməsi üzrə səlahiyyətlərin verilməsi nəzardə tutulur. Ancaq, qanun layihəsində göstərilir ki, bu səlahiyyətlərin verilməsi icra hakimiyyətləri ilə bələdiyyələr arasında razılıq əsasında həyata keçirilir.

Parlamentin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrə səlahiyyətlərin verilməsi xüsusi proqram əsasında həyata keçiriləcək. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bələdiyyələrə səlahiyyətlərin verilməsi ilə bağlı konkret məsələlərə dair ölkə əhəmiyyətli böyük bir proqram hazırlanıb qəbul olunacaq.

Müzakirələrdən sonra qanun layihəsinin parlamentin plenar iclasında müzakiryə çıxarılması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti