...

Azərbaycanın rabitə naziri MDB-də rabitə sahəsində əməkdaşlığın inkişafına xüsusi töhfə verdiyinə görə fəxri fərmanla təltif olunub

Siyasət Materials 14 Dekabr 2006 12:45 (UTC +04:00)
Azərbaycanın rabitə naziri MDB-də rabitə sahəsində əməkdaşlığın  inkişafına xüsusi töhfə verdiyinə görə fəxri fərmanla təltif olunub

Rabitə sahəsində Regional Birliyin Rabitə Administrasiyası (BRŞ RA) başçıları Şurasının 36-cı toplantısı və Birliyin Regional Şurasında (BRŞ) MDB -nin iştirakçı-dövlət başçılarının informatizasiya üzrə Koordinasiya şurasının 10-cu toplantısı Moskvada öz işini başa çatdırıb. Toplantıların işində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edib.

Əli Abbasovun Trend in Moskvadakı xüsusi müxbirinə verdiyi xəbərə görə, MDB dövlətlərinin Rabitə administrasiyası başçılarının toplantısı zamanı qarşılıqlı maraq doğuran aktual məsələlər üzrə geniş fikir mübadiləsi baş tutub.

Onun sözlərinə görə, BRŞ RA bu il 15 illik yubileyini qeyd edir.

"Həmin təşkilat Sovet İttifaqının dağıldığı ilk gündən rabitənin pozulmasının qarşısının alınması məqsədilə yaradılıb. Müşavirədə təşkilatın çoxillik fəaliyyəti yekunlaşdırılıb və rabitənin inkişafı və qabaqcıl texnologiyaların tətbiq olunma siyasəti çərçivəsində əməkdaşlıq perspektivləri müəyyən olunub. Dünya informasiya məkanına inteqrasiya məqsədilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün BRŞ iştirakçılarının fəaliyyətinin strateji istiqamətləri təsdiqlənib. Bu çox vacibdir, çünki bu təşkilat genişlənir və möhkəmlənir. Şura həmçinin rabitə və informatizasiya sahəsində elmi-tədqiqat işlərinin siyahısını da təsdiq edib", - deyə Azərbaycanın rabitə naziri bildirib.

Qeyd edək ki, MDB BRŞ RA -nın yubileyi ilə bağlı Əli Abbasov əməkdaşlığın inkişafına xüsusi töhfə verdiyinə görə MDB-nin fəxri fərmanı ilə təltif olunub. Azərbaycan nümayəndə heyətinin daha beş üzvü BRŞ RA-nın müxtəlif fərmanları ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti