...

Azərbaycan "Şahdəniz" yatağından qazın sənaye hasilatına başlayıb

Siyasət Materials 15 Dekabr 2006 20:47 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" yatağından qazın sənaye hasilatına başlayıb

Bu gün Azərbaycan "Şahz-dəniz" yatağında qazılmış ilk istismar quyusundan ilk sənaye qazının hasilatına başlayıb. Trend in verdiyi xəbərə görə bu barədə AzTv telekanalı vasitəsilə ARDNŞ-in vitse prezidenti Xoşbəxt Yusifzadə xəbər verib.

Onun sözlərinə görə, quyunun sutkalıq debiti 5,6 mln.m3 qaz təşkil edir. Həmçinin sutkada 2500 ton həcmində kondensat da çıxarılır.

"2007-ci ildə Bizdə, "Şah-dəniz"də dörd istismar quyusu olacaq ki, bu da 2007-ci ilin sonunadək hər sutkada 20 mln. m3 qazın və 10 min ton kondensatın çıxarılmasına imkan verəcək"-deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti