...

Prezident Mixail Saakaşvili: Azərbaycanla sərhədlərdə Gürcüstan üçün heç bir təhlükə yoxdur

Siyasət Materials 18 Dekabr 2006 14:57 (UTC +04:00)
Prezident Mixail Saakaşvili: Azərbaycanla sərhədlərdə Gürcüstan üçün heç bir təhlükə yoxdur

Azərbaycanla sərhədlərdə Gürcüstan üçün daha az təhlükə var, nəinki digər qonşu dövlətlərlə. Trend xəbər verir ki, bunu prezident Saakaşvili bazar günü Laqodexi və Dedoplistskaroda (Kaxetika, Şərqi Gürcüstan) Gürcüstan sərhəd polisinin yeni regional idarə binalarının açılışı mərasimində iştirak edərkən bildirib.

Gürcüstan prezidenti Azərbaycanı dost ölkə adlandırıb. O bildirib: "Buna baxmayaraq, sərhədləri bütün istiqamətlərdən yaxşı qorumaq lazımdır".

Prezidentin bu bəyanatı Gürcüstan parlamentinin müxalifətdən olan deputatlarının narahatlığına səbəb olub, onlar hesab edirlər ki, Azərbaycan mübahisəli ərazidə yerləşən David Qareci "qədim gürcü tarixi monastr komplekisini ələ keçirmək" istəyir.

Gürcüstan sərhəd polisinin rəhbəri Badri Bitsadze jurnalistlərə bildirib ki, Laqodexi sərhəd polisinin regional idarə qüvvələri tərəfindən Gürcüstanın Rusiya ilə 205 kilometrlik, eləcə də Azərbaycanla 50 kilometrlik sərhədi mühafizə olunur.

Dedoplistskaro sərhəd polisi idarəsi tərəfindən isə Gürcüstanın Azərbaycanla 305 kilometrlik sərhəd ərazisi mühafizə olunur.

Xəbər lenti

Xəbər lenti