...

Rafael Hüseynov: "Avropa Şurasının Komitə iclasında rusiyalı deputat ermənilərin terrorçuluğu ilə bağlı faktarı öz məruzəsinə əlavə edəcəyini dedi"

Siyasət Materials 18 Dekabr 2006 19:43 (UTC +04:00)

Bu gün - dekabrın 18-də Parisdə Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və İnsan Haqları Komitəsinin növbəti toplantantısında azərbaycanlı deputat R.Hüseynov Ermənstanın Azərbaycana qarşı terrorçu siyasətini təsdiqləyən faktları qeyd edib. Bu barədə Trend ə hazırda Parisdə olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

O bildirib ki, iclasda Rusiyadan olan depatat Valeri Qrebennikov tərəfindən hazırlanmış "Terrorizmə qarşı mübarizədə insan haqlarına hörmət" adlı məruzənin müzakirələrində 21-ci əsrdə terrorizmin şiddətləndiyini, lakin ölkələrin buna qarşı birləşə bilmədiyini deyib: "Çünki 46 ölkəni birləşdirən Avropa Şurasının terrorist ölkə olan bir üzvü var - Ermənistan. Biz onu ram edə bilmirik. Vaxtilə Avropa Şurasına Ermənistanın dövlət tərəfindən himayə olunan "Asala", "Haydut", "Vartan cəngavərləri", ümumilikdə 20-dən çox terror təşkilatının Dağlıq Qarabağda təlim düşərgələri olması barədə məlumat vermişik. Nəzarətdənkənar zonda erməni terrorçuları sərbəst hərəkət edirlər. Ermənistanın Azərbaycana qarşı terrorçu siyasəti yalnız metro partlayışları ilə bitmir. Bir çox erməni terror təşkilatlarının hədəfi həm də xaricdə yaşayan azərbaycanlı ziyalılar, tələbələrdir. Bu da Ermənistanın Azərbaycanın genefonduna qarşı apardığı terror siyasətinin bir hissəsidir"-deyə R.Hüyseynov iclasda qeyd edib.

O, həmçinin bildirib ki, Ermənistanın dövlət səviyyəsində terrorçuluğu göstərən faktlardan biri Fransanın Orli aeroportunda terror törətdiyinə görə həbs olunan, ekstradisiya vasitəsilə Ermənistana təhvil verilən cinayətkar Monte Melkanyan və digərlərinə Ermənsitan dövləti tərəfindən milli qəhrəman adı verilərək azadlığa buraxılmalarıdır. V.Qrebennikovun hazırladığı məruzə Parlament Assambleyasının qış sessiyasında Komitədə müzakirə çıxarılacaq və yaz sessiyasında gündəlikdə olacaq. R.Hüseynovun sözlərinə görə, rusiyalı deputat onun iradlarını qəbul edib və ermənilərin terrorçuluğu ilə bağlı faktarı öz məruzəsinə əlavə edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti