Dekabrın 19-da Milli Məclisin növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Onkoloji yardım haqqında" qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub və qəbul edilib.
Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirə olunub və təsdiqlənib.
"Notariat haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirə olunub və qəbul edilib.