...

Gəncədə xeyriyyə tədbiri keçirilib

Siyasət Materials 20 Dekabr 2006 13:22 (UTC +04:00)

Bu gün Gəncənin Mərkəzi meydanında xeyriyyə tədbiri keçirilib. Trendin Qərb Bürosunun verdiy məlumata görə, tədbirdə 1000-dən artıq aztəminatlı və yaşayış səviyyəsi pis olan və 30-dan artıq evsiz insan iştirak edib.

Tədbirdə 15 yaşından yuxarı olan 20 nəfərə yaxın adam rentgen müayinəsindən keçirilib və onlara pulsuz dərmanlar paylanılıb. 50 nəfər evsiz həyat tərzi keçirən şəxsə qalın qış paltarı verilib. 1000 nəfərə yaxın aztəminatlı şəxsə isə mərkəzi meydanda açılan süfrədə yemək verilib.

Şəhər İcar Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək bildirib ki, belə xeyriyyə aksiyalarının keçirilməsi artıq ənənə halını alıb. "Ötən illərdə tədbirdə iştirak edənlərin sayı çox idi. Bu il isə say bir qədər azalıb. Bunu onunla əlaqələndirmək olar ki, artıq əhalinin yaşayış səviyyəsi yaxşılaşır".

Xəbər lenti

Xəbər lenti