...

Deputat Aydın Mirzəzadə: "Müdafiə nazirinin Milli Məclisdə hesabat verməsinə ehtiyac yoxdur"

Siyasət Materials 20 Dekabr 2006 19:46 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə nazirinin Milli Məclis qarşısında hesabat verməsinə ehtiyac yoxdur. Trend in məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə jurnalistlərə açıqlamasında belə deyib.

Xatırladaq ki, bir qrup millət vəkili dövlət büdcəsindən orduya ayrılan vəsaitin hara və neçə xərclənməsinin şəffaflığını təmin etmək üçün müdafiə nazirinin Milli Məclisdə hesabat verməsi təklifi ilə çıxış edib.

Aydın Mirzəzadə qeyd edib ki, dövlət büdcəsindən orduya ayrılan vəsaitin neçə xərclənməsi haqqında Ali Baş Komandana vaxtaşırı olaraq hesabat verilir. "Ümumiyyətlə, dünyada müdafiə nazirinin parlamentdə hesabat verməsi praktikası yoxdur. Əgər dünyada belə bir praktika yoxdursa, Azərbaycan niyə bunu etməlidir? Üsvtəlik, bunun nəticəsinin neçə olacağı da məlum deyil."

Xəbər lenti

Xəbər lenti