...

Azərbaycan prezidenti Naxçıvan parlamentində iclas keçirir

Siyasət Materials 21 Dekabr 2006 15:33 (UTC +04:00)
Azərbaycan prezidenti Naxçıvan parlamentində iclas keçirir

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin binasında iclas keçirir. Bu barədə Trend in Naxçıvandakı müxbiri xəbər verir.

İclasın işində Naxçıvan MR hökumət və parlament üzvləri, eləcə də dövlət başçısını Naxçıvana səfərdə müşayət edən maliyyə, iqtisadi inkişaf, səhiyyə, fövqəladə hallar, təhsil nazirləri ilə birgə, Dövlət Neft Şirkəti, "Azəriqaz" QSC, "Azərenerji" SC rəhbərləri və b. iştirak edir. İclas qapalı şəraitdə keçirilir.

İclasdan öncə İlham Əliyev Naxçıvanda "Duzdağı" adlanan yeni sanatoriyanın bünövrəsinin qoyulması mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti