...

Əsgər yoldaşı tərəfindən güllələnən Vüsal Seyidovun vəziyyəti ağırdır

Siyasət Materials 22 Dekabr 2006 17:00 (UTC +04:00)

Əsgər yoladşı tərəfindən güllələnən 3 əsgərdən biri - Ağdam rayonundan hərbi xidmətə çağırılan Vüsal Hüseynovun vəziyyəti ağır olaraq qalmaqdadır. Trendin Qərb Bürosunun əsgərlərin qohumlarına istinadən verdiyi məlumata görə, güllə hələ də Vüsalın beyin nahiyəsindədir.

Vüsal Hüseynov koma vəziyyətindədir, bir neçə dəfə ölüm vəziyyətinə də çatıb. Digər iki əsgər - Bakıdan hərbi xidmətə çağırılan Elçin Məmmədov və Vüqar Məmmədovun səhhəti isə ağır olsa da, onların huşu özlərindədir və sağalma ümidləri çoxdur.

Trend əsgərlərin səhhəti ilə bağlı məlumat əldə etmək üçün Gəncədə yerləşən Hərbi hospitala müraciət etsə də, oradan məlumat verməyə heç bir ixtiyarları olmadığını söyləyiblər.

Qeyd edək ki, dekabrın 16-də Gəncədəki "N" saylı hərbi hissədə Şəki rayonundan hərbi xidmətə çağırılan Fuad Həsənov 4 əsgər yoldaşına avtomat silahdan atəş açıb. Hadisə nəticəsində əsgərldərdən biri - Sumqayıt şəhərindən hərbi xidmətə çağırılan Ceyhun Mikayılov hospitala aparılarkən yolda keçinib. Digər 3 əsgər isə yaralanaraq hospitala yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti