...

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanin daxili işlər naziri Rəşid Nurqaliyevi qəbul edib

Siyasət Materials 22 Dekabr 2006 20:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının daxili işlər naziri Rəşid Nurqaliyevi qəbul edib. Bu barədə Trend xəbər verir.

Ölkələrimizin daxili işlər nazirlikləri arasında yaxşı əlaqələrin olduğunu vurğulayan dövlət başçısı bu əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyini qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir, ölkəmizdə başa çatmış Rusiya İli qarşılıqlı anlaşma işinə xidmət göstərib.

Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın səmərəli olduğunu bildirən Rəşid Nurqaliyev deyib ki, bu gün Bakıda transmilli mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə qarşı mübarizə və qeyri-leqal miqrasiya məsələlərini müzakirə edib. Onun sözlərinə görə, transmilli mütəşəkkil cinayətkarlığın sərhədləri yoxdur. Bu, XXI əsrdə bütün dünya ölkələri üçün təhlükədir.

Ölkələrimiz arasında əməkdaşlıqdan razı qaldıqlarını söyləyən nazir bildirib ki, Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsi arasında 2007-2008-ci illər üçün birgə fəaliyyət haqqında protokol imzalanıb, birgə bəyanat verilib.

Xəbər lenti

Xəbər lenti