...

Polşada dünya azərbaycanlılarının həmrəylik günü qeyd ediləcək

Siyasət Materials 26 Dekabr 2006 16:51 (UTC +04:00)
Polşada dünya azərbaycanlılarının həmrəylik günü qeyd ediləcək

Sabah Varşavada Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş tədbir keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev eksklüziv olaraq xəbər verib. V.Quliyev qeyd edib ki, tədbirdə Varşavada yaşayan 200-ə yaxın azərbaycanlı iştirak edəçək, Azərbaycan haqqında film nümayiş olunacaq, milli musiqilər səslənəcək. Polşa tərəfindən tədbirdə gənclər dairlərinin nümayəndələri və jurnalistlər iştirak edəcək.

Səfir bildirib ki, bir neçə cün bundan əvvəl Poznan şəhərində Adam Miçkeviç adına universitetdə Azərbaycan və Polşa tələbələrinin dostluq gecəsi keçirilib. Tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri və müəllimlər iştirak ediblər. Qeyd edək ki, rəsmi məlumatlara görə, Polşada 2000-ə yaxın azərbaycanlı yaşayır ki, onların da 200 nəfəri Varşavada məskunlaşıb.

Xəbər lenti

Xəbər lenti