...

2007-ci ilin payızına kimi İspaniya Azərbaycanda səfirliyini açacaq

Siyasət Materials 28 Dekabr 2006 15:14 (UTC +04:00)

2007-ci ilin payızına kimi İspaniya Azərbaycanda səfirliyini açacaq. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın İspaniyadakı konsulu Nicat Sadıxov bildirib. Konsulun sözlərinə görə, İspaniya rəhbərliyi səfirliyin açılması haqqında artıq siyasi qərar qəbul edib və bu qərarı Azərbaycan tərəfi ilə razılaşdırıb. Bu yaxınlarda İspaniya XİN idarə rəisi Bakıda olub və məsələni Azərbaycan XİN-də müzakirə edib. Diplomatın sözlərinə görə, İspaniyanın Xarici İşlər Nazirliyi gələcək səfir vəzifəsinə namizədi Azərbaycan tərəfinə hələ təqdim etməyib, lakin yaxın zamanlar bu baş verəcək.

Xatırladaq ki, Azərbaycanın İspaniyada səfirliyi 2006-cı ildə açılıb.

Xəbər lenti

Xəbər lenti