...

Azərbaycanda Dövlət Mülki Aviasiya Administrasiyası yaradılır

Siyasət Materials 30 Dekabr 2006 13:39 (UTC +04:00)
Azərbaycanda Dövlət Mülki Aviasiya Administrasiyası yaradılır

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) yaradılması haqqında fərman imzalayıb. Sənəddə qeyd olunub ki, DMAA mülki aviasiyanın fəaliyyətinə nəzarəti və dövlət nizamlanmasını təmin etmək məqsədilə yaradılır.

Xarici İşlər Nazirliyinə Beynəlxalq Mülki Müdafiə Təşkilatını (ISAO) və digər beynəlxalq təşkilatları ölkədə mülki aviasiya sahəsində həyata keçirilən dövlət siyasəti, o cümlədən ISAO ilə əməkdaşlıq, beynəlxalq konvensiyalar üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi və DMAA-nın yaradılması haqqında xəbərdar etmək tapşırılıb.

Nazirlər Kabinetinə bir ay müddətində Əsasnamənin layihəsini və administrasiyanın strukturunu, xərclərin smetasını və işçilərin sayını hazırlamaq və prezidentə təqdim etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti