...

AŞ PA-nın Gender bərabərliyi üzrə Alt Komitəsinin iclasında Cənubi Qafqazda qadınların vəziyyətinə dair məruzə müzakirə olunacaq

Siyasət Materials 6 Yanvar 2007 14:39 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində qurumun Gender bərabərliyi üzrə (Qadın və kişi bərabərliyi) Alt Komitəsinin iclası keçiriləcək və iclasda rusiyalı deputat Vera Oskinanını Cənubi Qafqazda qadınların vəziyyətinə dair hazırladığı məruzə müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

E.Axundova qeyd edib ki, məruzədə Azərbaycan qadınlarının vəziyyətini ağırlaşdıran əsas səbəb tam obyektiv göstərilməyib. "Bu isə Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan qadınlarının vəziyyətini çətinləşirən əsas problemləri bu münaqişə yaradıb. Məruzə ilə bağlı irad və təkliflərimi komitəyə göndərmişəm" - deyə millət vəkili qeyd edib.

E.Axundova vurğulayıb ki, AŞ PA-nın qış sessiyasında Avropada uşaq əməyindən istifadənin qarşısının alınması probleminə dair məruzə müzakirə olunacaq. Millət vəkili qeyd edib ki, bu problem Azərbaycan üçün də aktualdır.

Bundan başqa, sessiyada Avropada və dünyada AİDS xəstəliyinin qarşısının alınması məsələsi müzakirə olunacaq. "Bu problem bütün dünya, o cümlədən Azərbaycan üçün aktualdır. Mən bu məruzələrin müzakirələrinə yazılmışam və orada iştirak edəcəm. Faktları açıqlayacağam."

Xəbər lenti

Xəbər lenti