...

Müsavat Partiyası birgə kütləvi aksiyaların keçirilməsilə bağlı müxalifət partiyaları ilə danışıqlara başlayacaq

Siyasət Materials 8 Yanvar 2007 17:49 (UTC +04:00)

Müsavat Partiyası Azərbaycanda bəzi mühüm sahələrdə qiymətlərin qaldırılmasına etiraz olaraq kütləvi aksiyalara başlayacaq. Bu barədə Trend ə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası Divanının bu gün - yanvarın 8-də keçirilən iclasında qiymət artımı məsələsi geniş müzakirəyə çıxarılıb. Toplantıda müxalifətin müqavimətinin təşkil edilməsi və bununla bağlı partiyalarla danışıqlara başlanması qərara alınıb: "Müsavat Partiyası birgə kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar real müxalifət partiyaları ilə danışıqlara başlayacaq. Mitinqlər, piketlər, dəyirmi masalar və digər formada tədbirlər təşkil edilməsi təklif olunur. Biz hesab edirik ki, qiymətlərin bu qədər qaldırılması xalqa zərbə olacaq"-deyə A.Hacılı bildirib.

A.Hacılının sözlərinə görə, Müsavat Partiyası hökumətə təklif edib ki, ehtiyat sosial tədbirlər həyata keçirilənədək qiymət artımı qərarının icrası təxirə salınsın. Əhalinin bu vəziyyətdən çıxmasına şərait yaradıldıqdan sonra qiymətlər artırılsın.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti