...

Qazaxıstan parlamenti Kərim Məsimovu ölkənin baş naziri vəzifəsinə təyin edib

Siyasət Materials 10 Yanvar 2007 14:18 (UTC +04:00)

Qazaxıstan parlamenti Kərim Məsimovu ölkənin baş naziri vəzifəsinə təyin edib.

"Reuters" agentliyinə istinadən Trend xəbər verir ki, bu gün respublika prezidenti Nursultan Nazarbayev K.Məsimovun Qazaxıstanın yeni hökumət rəhbəri vəzifəsinə namizədliyini parlamentin müzakirəsinə təqdim edib.

K.Məsimov 2006-cı ilin yanvarından respublikanın baş nazir müavini vəzifəsini icra edib. 2006-cı ilin aprelindən oktyabrına qədər baş nazirin müavini və iqtisadiyyat və büdcə planlaşdırılması naziri vəzifələrini icra edib.

Yanvarın 8-də Qazaxıstan baş naziri Danial Axmetov istefa barədə ərizə təqdim edib. Qanunvericiliyə müvafiq olaraq baş nazirin istefası ümumilikdə hökumətin istefası deməkdir. N.Nazarbayev hökumətin istefasını qəbul edib.

Xəbər lenti

Xəbər lenti