...

Gürcüstan Azərbaycandan ilk təbii qazı aldı

Siyasət Materials 11 Yanvar 2007 13:51 (UTC +04:00)
Gürcüstan Azərbaycandan ilk təbii qazı aldı

İlk Azərbaycan təbii qazı Azərbaycan-Gürcüstan sərhədini keçərək Gürcüstanın paylayıcı sisteminə daxil olub.

"Azəriqaz" QSC-dan cümə axşamı Trend ə bildiriblər ki, qaz tədarükünün sutkalıq həcmi 3 mln. kub metr təşkil edəcək.

Azərbaycan 10 gün ərzində Gürcüstana təbii qaz tədarük edəcək. Əldə olunmuşq razılığa əsasnə qaz tədarükü hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Azərbaycan Gürcüstana öz yataqlarından hasil edilmiş qazı 1 min kub metri 120 dollar olmaq şərtilə tədarük edəcək.

Bundan başqa, Azərbaycan bu il Gürcüstana "Şahdəniz" qaz kondensatı yatağından da qaz tədarük edəcək. Gürcüstanın alacağı hər 1000 kub metr qazın qiyməti 63 dollar olmaqla 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və qiymət barədə məsələ isə ayrıca danışıqların predmetini təşkil edir.

Xəbər lenti

Xəbər lenti