...

Gəncədə aztəminatlı ailələr üçün pulsuz cərrahiyyə əməliyyatı keçiriləcək

Siyasət Materials 12 Yanvar 2007 13:35 (UTC +04:00)

Yanvarın 13 və 14-də Gəncə şəhər Oftolmoloji xəsətxanasında şəhərin aztəminatlı ailələri üçün pulsuz cərrahiyyə əməliyyatları aparılacaq. Bu barədə məlumatı Trendə Oftomoloji xəstəxananın baş həkimi Azər Məmmədov verib.

"Artıq xəstəxanada keçiriləcək əməliyyatlara hazırlıq işləri aparılır. Bu gün saat 15.00-dan başlayaraq sabahkı əməliyyatda iştirak edənlərə konsultasiya keçirilir" - deyən A. Məmmədov əlavə etdi ki, əməliyyat aparacaq həkim briqadasının üzvləri Mərkəzi Neftçilər xəstəxanansının həkimləridir. Əməliyyata rəhbərliyi isə elə həmin xəstəxananın professoru Çingiz Cərullazadə edəcək. İki gün Gəncədə səfərdə olan həkim briqadası təxminən 20 əməliyyat aparacaq.

Xəbər lenti

Xəbər lenti