...

Azərbaycanın və Gürcüstanın Yaşıllar partiyaları arasında əməkdaşlıq sazişi imzalanıb

Siyasət Materials 17 Yanvar 2007 12:57 (UTC +04:00)

16 dekabr 2006-cı il tarixdə təsis qurultayı keçirilmiş Azərbaycan Yaşıllar Partiyası Gürcüstanın Yaşıllar Partiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Bu barədə Trend ə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib.

Əməkdaşlıq sazişini M.Güləliyev və Gürcüstanın Yaşıllar Partiyasının sədri Georqi Kaçeçilazde imzalayıblar. Bu saziş Azərbaycan və Gürcüstanda, ümumilikdə regionda mövcud ekoloji problemlərin birgə həllini, genional səviyyədə əməkdaşlığı, iki ölkə üçün eyni olan ümumi problemlərin (məsələn, qaçqın problemi) həllini, dayanıqlı inkişaf və ekoloji vəziyyətin yaxşılaşdırılmasını, ətraf mühitə dəyən ziyanın azaldılmasını, biomüxtəlifliyin qorunmasını nəzərdə tutur. Həmçinin transmilli korporasiyaların fəaliyyəti il bağlı birgə proqram hazırlanacaq. Bu proqrama birgə təqdiqaqtlar, xüsusi monitorinq qrupunun yaradılması, cəmiyyətin maarifləndirilməsi, ictimai maraqlar naminə səylərin birləşdirilməsi vəzifələri daxildir.

M.Güləliyev bildirib ki, bu işlərin hamısı hər iki partiyanın öz daxili imkanlar hesabına həyata keçiriləcək. Partiyalar birgə maliyyə tutumlu qrant layihələri isə işləməyəcəklər.

M.Güləliyev onu da deyib ki, partiyasının dövlət qeydiyyatına alınması üçün təsis qurultayının sənədləri Ədliyyə Nazirliyinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti