...

Səfir: 20 yanvar faciəsinin 17-ci ildönümü Böyük Britaniyada qeyd ediləcək

Siyasət Materials 17 Yanvar 2007 17:07 (UTC +04:00)
Səfir:  20 yanvar faciəsinin 17-ci ildönümü Böyük Britaniyada qeyd ediləcək

20 yanvar faciəsinin 17-ci ildönümü Böyük Britaniyada geniş şəkildə qeyd ediləcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov bildirib.

Onun sözlərinə görə, faciə ilə bağlı səfirlik Böyük Britaniyada bir sıra tədbirlər keçirəcək. Səfirlik ölkə ictimaiyyətinə 20 yanvar faiciəsilə bağlı informasiya çatdırılması sahəsində böyük iş aparmaq niyyətindədir, xüsusən həmin faciə ilə bağlı ətraflı məlumatları televiziya kanalları və digər KİV-lərə göndərmək istiqamətində iş görüləcək.

Səfir qeyd edib ki, bundan başqa, o, Böyük Britaniyanın Xarici İşlər Nazirliyində və qanunvericilik orqanında bir sıra görüşlər keçirməyi planlaşdırıb, görüş çərçvəsində bu qanlı hadisə ilə bağlı həqiqəti rəsmi şəxslərin diqqətinə bir daha çatdırmağı nəzərdə tutub. Bundan başqa, diplomatik missiyanın rəhbərliyi Böyük Britaniyanın qədim universitetlərindən biri olan, kral ailəsi üzvlərinin də təhsil aldığı Sent Endryus universiteti tələbələri ilə görüş keçirməyi də planlaşdırıb.

Səfirliyin bu sahədə fəaliyyəti dipomatik missiyanın akkreditə olunduğu ölkələri, xüsusən Norveç və İsveçi də əhatə edəcək. Nəzərdə tutulan fəaliyyəti səfirlik bir gün ərzində deyil, mərhələ-mərhələ yanvarın sonları və fevralın əvvəlində keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti