...

Azərbaycanın 94 sülhməramlısı İraqdan qayıdıb

Siyasət Materials 18 Yanvar 2007 12:41 (UTC +04:00)

Yanvarın 18-də xidməti başa vurmuş 24 azərbaycanlı sülhməramlı İraqdan Vətənə qayıdıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend ə bildiriblər ki, azərbaycanlı hərbçilər (94 zabit və əsgər) bir ilə ərzində İraqın Xadita şəhərində sülhməramlı vəzifələrini yerinə yetiriblər.

Ümumilikdə İraqda sülhməramlı qismində Azərbaycan Milli Ordusunun 150 nümayəndəsi iştirak edir. Rotasiya ilə əlaqədar yanvarın əvvəlində 90 azərbaycanlı sülhməramlı İraqa göndərilib.

Gələn həftə həmçinin xidmət müddətini bitirmiş 7 azərbaycanlı sülhməramlı Kosovodan, 6 azərbaycanlı sülhməramlı isə Əfqanıstandan dönəcək.

Xəbər lenti

Xəbər lenti