...

Bakıda yol hərəkəti qaydalarını pozanların sayı artıb

Siyasət Materials 18 Yanvar 2007 14:47 (UTC +04:00)

Bakıda yol hərəkəti qaydalarını pozanların sayı artıb. Trend in xəbərinə görə, bu barədə cinayətkarlığa qarşı mübarizə, ictimai asaiyişin təmini sahəsində həyata keçirilmiş tədbirlərə dair yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilmiş əməliyyat müşavirəsində BŞBPİ rəisi general-leytenant Məhərrəm Əliyev məlumat verib.

BŞBPİ rəisi bildirib ki, 2005-ci illə müqayisədə qeydə alınmış və sənədləşdirilmiş yol hərəkəti qayda pozuntularının sayı 244.523-dən 402.80-dək və ya 64,4 faiz artıb, 1220 avtoxuliqan isə inzibati qaydada daha ciddi məsuliyyətə cəlb olunub.

M.Əliyev belə halların qarşısının alınması üçün müvafiq tədbirləritn görülməsini tələb edib.

Müşavirədə iştirak edən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini Heydər İbrahimov isə çıxışında bildirib ki, yol hərəkəti qaydaları pozuntularının artmasını avtomobillərin sayının çoxluğu, yol polis əməkdaşlarının sayının isə azlığı ilə əlaqələndirib. "Hazırda Bakıda 362 mindən artıq avtomobil qeydiyyata alınıb, bu rəqəmə uyğun olaraq 1200 yol polisi inspektoru olmalıdır, lakin hazırda şəhərdə cəmi 461 yol polisi inspektoru var" - deyə H.İbrahimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti