...

İran səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 19 Yanvar 2007 17:51 (UTC +04:00)

Azərbaycan xalqı 1990-cı il yanvar ayının 20-də XX əsrdə müsəlman xalqlarının azadlıq və istiqlaliyyət uğrunda hegemonluğa qarşı mübarizə zəncirinə yeni bir halqa artırdı. Trend xəbər verir ki, bu barədə faciəvi hadisələrin 17-ci ildönümü ilə bağlı İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub.

İran xalqı o dövrdə 20 yanvar hadisələri ilə bağlı yayılan xəbərləri, müsəlman Azərbaycan xalqının azadlıq hərəkatını həmrəylik dolu hisslərlə və mənəvi dəstəklə izləyir, "Qızıl Ordu" tərəfindən bu hərəkatın yatırılmasını isə narahatlıqla qarşılayırdı.

Məlumatda qeyd olunub ki, İran İslam Respublikası səfirliyi öz növbəsində Azərbaycan Respublikasının şərəfli dövləti və millətinə, eləcə də əziz şəhid ailələrinə 20 yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı verməklə yanaşı, vətən uğrunda canından keçən şəhidlərin ruhuna bir daha ehtiramını bildirir.

Xəbər lenti

Xəbər lenti