...

Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Siyasət Materials 22 Yanvar 2007 10:56 (UTC +04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayır.

Trend in məlumatına görə, iclasda Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, enerji ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması təhlükəsi, Avropada kənd təsərrüfatı və qanunsuz işəgötürmə, Kosovada vəziyyət, quruma üzv bir sıra dövlətlər tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, uşaqlara qarşı zorakılığın, onların istismarının bütün növlərinin aradan qaldırılması və digər mövzular müzakirə olunacaq.

Qeyd edək ki, sessiya yanvarın 26-dək davam edəcək.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir.

Xatırladaq ki, ölkəmizi təmsil edən deputatlar yanvarın 20-də Strasburqa yola düşüblər.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Əkrəm Abdullayev, Fəzail İbrahimli və Aynur Quliyeva daxildirlər.

Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti