...

İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda internet-saytların təhlükəsizlik sisteminin zəif olduğunu bəyan edib

Siyasət Materials 22 Yanvar 2007 14:13 (UTC +04:00)
İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda internet-saytların təhlükəsizlik sisteminin zəif olduğunu bəyan edib

Azərbaycanın internet-saytlarının problemi lazımi təhlükəsizlik sisteminin olmamasından ibarətdir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya texnologiyaları institutunun direktoru Rasim Əliquliyev Azərbaycan İctimai Teleradioyayım şirkətinin veb-portalına Ermənistanın müdaxilə etməsi faktını şərh edərkən bazar ertəsi Trend ə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın bu və ya digər saytına Ermənistanın müdaxilə etməsi fəlakət siqnalı rolunu oynamalı və Azərbaycanın internet-resurslarının təhlükəsizlik sisteminin gücləndirilməsi prosesində katalizator olmalıdır.

"Başa düşmək lazımdır ki, indi onlar artıq informasiya müharibəsi aparırlar və biz müqavimət göstərməyi bacarmalıyıq. Lakin, təəssüf ki, əksər hallarda işin bu tərəfinə lazımi dərəcədə diqqət verilmir. Dizayna, portalda yerləşdirilmiş böyük həcmdə materillara üstünlük verərək, onların yaradıcıları təhlükəsizlik probleminə lazımi diqqət vermirlər və beləliklə də müdaxilə üçün "əlverişli" şərait yaradılır", - deyə R.Əliquliyev qeyd edib.

İnstitutun direktoru vurğulayıb ki, Azərbaycanda informasiya cəmiyyətinin yaradılması, "Elektron hökümət" layihələrinin tətbiq olunması prosesində internet-resursların təhlükəsizliyi ən mühüm məsələdir.

"2006-cı ilin iyul ayında analoji hadisə AMEA-nın veb-portalı ilə də baş verib. Əsas səbəb serverin zəif təhlükəsizlik sistemi olub", - deyə o bildirib.

Bununla yanaşı, R.Əliquliyev hesab edir ki, bu cur problemləri aradan qaldırmaq üçün normativ-hüquqi bazanın, serverlərin texniki bazasının gücləndirilməsi, bu cür hadisələrlə iş təcrübəsi olan yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır.

"Azərbaycan üçün internet təhlükəsizliyinin təmin olunması bü gün son dərəcə əhəmiyyətlidir. "E-Hökümət" ərəfəsində şəbəkə infrastrukturlarının rolu ölkənin ictimai-siyasi və iqtisadi həyatının müxtəlif istiqamətlərində daha böyük əhəmiyyət kəsb edir", - deyə institutun direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti