...

Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı yenidən dayandırılıb

Siyasət Materials 23 Yanvar 2007 15:11 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı yenidən dayandırılıb

İnformasiyaya malik mənbələrdən alınan məlumata istinadən Trend xəbər verir ki, birinci istismar quyusunda baş vermiş problemlər nəticəsində "BP Azerbaijan" şirkəti "Şahdəniz" qaz kondensatı yatağında təbii qaz istehsalını yenə dayandırıb.

Bundan öncə quyuda işlər texniki səbəblərdən dayandırılmışdı, 900 metr dərinliyində qaz sızması aşkar edilmişdi. Mənbələrdən alınan məlumata görə, hazırda quyuda yenə qaz sızması aşkar edilib. Mənbələrdən bildiriblər: "Problemin həll edilməsi üçün təkrar maye tökülməsi, xüsusi bloklaşdıran yamaqların vurulması, yaxud sütunların qaldırılması kimi variantlar nəzərdə tutulur".

Bu il fevralın sonu-martın əvvəlində şirkət ikinci qabaqlayıcı quyunun təhvil verilməsini planlaşdırır.

"Şahdəniz" yatağının işlənməsindən "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kub metr qaz hasil ediləcək. 2007-ci ildə "Şahdəniz"də 5,4-5,6 mlrd. kubmetr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti