...

Prezident Aparatının şöbə müdiri: Bizim müxalifət 15 ildən sonra başa düşür ki, hökümətlə ədavətin, hökumətin bütün təşəbbüslərinə şüurlu şəkildə qara yaxmanın heç bir perspektivi yoxdur

Siyasət Materials 29 Yanvar 2007 13:14 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: Bizim müxalifət 15 ildən sonra başa düşür ki, hökümətlə ədavətin, hökumətin bütün təşəbbüslərinə şüurlu şəkildə qara yaxmanın heç bir perspektivi yoxdur

Hökumət hər zaman Azərbaycanda hər hansı partiya ilə konstruktiv əməkdaşlığı dəstəkləyib. Bu barədə Azərbaycan prezidentinin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Demokrat Partiyasının radikal təşkilatçılıq siyasətinin dəyişdirilməsi və konstruktiv yolla getmək niyyəti haqqında qərarını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

Ə.Həsənov qeyd edib ki, hökumət müxalifət partiyalarını və bu institutları bütövlükdə öz opponentləri kimi qiymətləndirir. "Biz hər zaman opponentlərimizin Azərbaycanın inkişafına yönəlmiş konstruktiv ideyalarına diqqət yetirmişik. Əgər Azərbaycan Demokrat Partiyası və digər partiyalar konstruktiv yol seçsələr, biz bunu yalnız salamlayacağıq", - deyə şöbə müdiri bildirib.

Ə.Həsənov radikal partiyanın mövqeyində bu dəyişikliyi onunla izah edib ki, Azərbaycanda radikallıq sosial dayaq tapa bilməz. "Bu radikallığı biz 1993-cü ildən etibarən yaşayırıq. Bu dövrdən müxalifətin böyük hissəsi hökumətə qarşı radikal mövqedə durub. Və ona görə də onlar bütün seçkilərdə uduzurlar. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti radikallığı qəbul etmir", - deyə o vurğulayıb.

Ə.Həsənov bildirib ki, bütün cəmiyyətlərdə partiyalar, insanlar, təşkilatlar radikal siyasətdən imtina edirlər və normal münasibətlərə üstünlük verirlər. "Yəqin bizim müxalifət 15 ildən sonra başa düşür ki, hökümətlə ədavətin, hökumətin bütün təşəbbüslərinə şüurlu şəkildə qara yaxmanın nə Azərbaycanda, nə də bütün dünyada heç bir perspektivi yoxdur", - deyə şöbə müdiri əminliklə bildirib.

Xəbər lenti

Xəbər lenti