...

ARDNŞ rəhbəri: "Şahdəniz" yatağında hasilatın bərpa edilməsi vaxtı müəyyənləşib

Siyasət Materials 7 Fevral 2007 17:48 (UTC +04:00)
ARDNŞ rəhbəri: "Şahdəniz" yatağında hasilatın bərpa edilməsi vaxtı müəyyənləşib

"BP Azerbaijan" şirkəti "Şahdəniz" qaz kondensatı yatağında hasilatı fevralın 25-26-da bərpa edəcək. Trend xəbər verir ki, bu barədə bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Hazırda birinci qabaqlayıcı quyuda problemin həlli həyata keçirilir, eyni zamanda ikinci qabaqlayıcı quyunun platforma ilə birləşdirilməsi aparılır.

Birinci qabaqlayıcı quyuda hasilat baş vermiş problemlər nəticəsində dayandırılıb. "Şah dəniz" layihəsinin "Mərhələ -1" çərçivəsində ildə 8,6 mlrd. kub metr qaz hasil ediləcək.

2007-ci ildə "Şah dəniz"dən 5,4-5,6 mlrd. kub metr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti