...

ECO rəhbəri: Saxta dərman preparatlarının yayılması ilə bağlı halların 60%-dən çoxu inkişaf etməkdə olan ölkələrin payına düşür

Siyasət Materials 8 Fevral 2007 16:40 (UTC +04:00)

Trend xəbər verir ki, saxta dərman preparatlarına qarşı mübarizə üzrə Bakıda keçirilən ikigünlük konfrans çərçivəsində bu gün İqtisadi Əməkdaşlıq Təşktilatı (ECO) baş katibi Xurşid Ənvər bildirib ki, əksər ölkələrdə saxta dərman preparatlarının payı 10%-ə çatır.

Onun sözlərinə görə, bəzi ölkələrdə bu göstərici 50%-ə çata bilər. Hər il saxta dərman preparatlarının satışından əldə edilən gəlir 32 mlrd. dollar təşkil edir.

X.Ənvər bildirib: "Bu, hər il 1 mln. insanın ölümü deməkdir".

Saxta dərman preparatlarının yayılması ilə bağlı halların 60%-dən çoxu inkişa etməkdə olan ölkələrin payına düşür, yəni keyfiyyətsiz məhsulu əsasən əhalinin aztəminatlı hissəsi istifadə edir. O bildirib: "Bu problem həm də ona görə qlobaldır ki, onu həll edilməsi üçün hüquq-mühafizə orqanları ilə dövlət səhiyyə orqanlarının birgə istiqamətlənmiş əməkdaşlığı vacibdir".

Xəbər lenti

Xəbər lenti