...

QHT nümayəndələri ATƏT PA sədri ilə görüşdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məsələsini müzakirə ediblər

Siyasət Materials 9 Fevral 2007 11:15 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker fevralın 9-da ATƏT-in Bakı ofisində bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən Seçki Monitorinq Mərkəzinin direktoru Anar Məmmədli Trend ə bildirib ki, onlar Q.Lenmarkerlə qanunvericiliyin təkmilləşdirilməsi məsələsini və bu sahədə olan problemləri müzakirə ediblər :"Biz bildirdik ki, hazırda Avropa təşkilatları ilə Azərbaycan höküməti arasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar gedir. Yaxşı olar ki, həmin danışıqlarda qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak etsinlər. Qoran Lenmarker isə bildirdi ki, onun seçki qanunvericiliyi ilə bağlı aparılan danışıqlardan xəbəri var. Bizim ona verdiyimiz məlumatlar əsasında özü üçün müəyyən qeydlər götürdü"- deyə A.Məmmədli əlavə edib.

Xatırladaq ki, görüşdə A.Məmmədli ilə yanaşı Hüquq və İnkişaf Mərkəzinin direktoru Hafiz Həsənov, Demokratik Seçkilərə Yardım Mərkəzinin rəhbəri Çingiz Dadaşov iştirak ediblər.

Qeyd edək ki, hazırda Q.Lenmarkerin vətandaş cəmiyyətinin digər nümayəndələri ilə görüşü davam edir.

Xəbər lenti

Xəbər lenti