...

Xəzərin statusu ilə bağlı Tehranda keçiriləcək ekspertlərin görüşündə Qazaxıstan nümayəndə heyətinə çox güman ki, xarici işlər nazirinin müavini başçılıq edəcək

Siyasət Materials 15 Fevral 2007 11:26 (UTC +04:00)

Xəzərin statusu ilə bağlı Tehranda keçiriləcək ekspertlərin görüşündə Qazaxıstan nümayəndə heyətinə çox güman ki, xarici işlər nazirinin müavini Rapil Kolıbayev başçılıq edəcək. Bu barədə Trend in müxbirinə Qazaxıstan XİN mətbuat katibi İlyas Ömərov bildirib.

İ.Ömərov bildirib: "Lakin bu, hələ ilkin məlumatdır. Qazaxıstan nümayəndə heyətinə kimin başçılıq edəcəyi məsələsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib".

Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupun iclası fevralın 27-28-də Tehranda keçiriləcək. İclasın işində Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan nümayəndələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacağı gözlənilir. İclasda dövlət başçılarının nəzərdə tutulan Xəzər sammitində imzalanması planlaşdırılan Xəzərin hüquqi statusu ilə bağlı vahid bəyanatın yekun mətninin razılaşdırılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti