...

Avropa Hərəkatının Baş Katibi: "Azərbaycan xoşbəxt bir ölkədir, çünki onun nefti və pulu var"

Siyasət Materials 15 Fevral 2007 14:56 (UTC +04:00)
Avropa Hərəkatının Baş Katibi: "Azərbaycan xoşbəxt bir ölkədir, çünki onun nefti və pulu var"

"Azərbaycan xoşbəxt bir ölkədir, çünki onun nefti və pulu var". Trend in məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Henrik Kroner jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın təbii sərvətləri var və elə edilməliir ki, xalq bu sərvətdən istifadə edə bilsin. Sizin bu sərvətinizi və pulunuzu necə xərcləməyiniz isə özünüzdən asılıdr. Biz istərdik ki, sizdən neft və qaz alaq, əvəzində Azərbaycanın modernləşməsi üçün sərmayə qoyaq. Bu, hər iki tərəf üçün qazancdır"-deyə Avropa Hərəkatının Baş Katibi vurğulayıb.

Henrik Kroner Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirməkdən çəkinib. Onun sözlərinə görə, Avropa Hərəkatının bu problemi yoluna qoymaq imkanı yoxdur və münaqişəni həll etmək üçün orduya da malik deyil. H.Kroner onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti