...

BŞBPİ: "Müsavat Partiyasının keçirdiyi yürüş-mitinqdə 200 nəfərə qədər insan iştirak edib"

Siyasət Materials 19 Fevral 2007 11:26 (UTC +04:00)

Müxalifətyönlü Müsavat Partiyasının fevralın 18-də Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasının qarşısından başlayaraq Məhəmməd Hadı küçəsindən keçməklə "Ukrayna" meydanınadək keçirdiyi yürüş-mitinqdə təxminən 200 nəfər iştirak edib. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Xatırladaq ki, Müsavat Partiyasının Tarif Şurasının qərarına etiraz olaraq keçirdiyi yürüş-mitinqə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdi.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, saat 16.00-dan 16.30-dək keçirilmiş yürüş-mitinqdə Müsavat, Azərbaycan Xalq və digər bir neçə partiyanın 200 nəfərə qədər üzvü və təəssübkeşi iştirak edib və aksiya keçirilən müddətdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xatırladaq ki, Müsavat Partiyası yanvarın 28-də də Tarif Şurasının enerji daşıyıcılarının qiymətlərini artırmasına etiraz olaraq yürüş-mitinq keçirmişdi.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti