...

Səfir: Avropa Birliyinin insan haqları üzrə komissarının Azərbaycana səfərinin nəticələrinə əsasən tematik hesabat hazırlanacaq

Siyasət Materials 19 Fevral 2007 19:06 (UTC +04:00)
Səfir: Avropa Birliyinin insan haqları üzrə komissarının Azərbaycana səfərinin nəticələrinə əsasən tematik hesabat hazırlanacaq

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Xammarberqin Azərbaycana səfərinin nəticələrinə əsasən tematik hesabat hazırlanacaq. Bu barədə Trend ə Azərbaycanın Avropa Birliyindəki səfiri Arif Məmmədov məlumat verib.

Komissarın Azərbaycana səfəri mart-aprel aylarına planlaşdırılıb. O, Azərbaycanın yüksək vəzifəli şəxsləri, həmçinin qaçqınlarla görüşəcək. Səfər çərçivəsində əsas diqqət bu istiqamətə yönələcək.

T. Xammarberq Azərbaycana ikinci səfərinin nəticələrinə əsasən, insan haqları üzrə hesabat hazırlayacaq. Hesabat Avropa Birliyinin Nazirlər Komitəsində müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti