...

Prezident xidmətləri olan naxçıvanlıları mükafatlandırıb

Siyasət Materials 19 Fevral 2007 19:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Naxçıvan MR-də təhsil və səhiyyə sahəsində xidmətləri olan şəxslərin mükafatlandırılması barədə sərəncam imzalayıb. Trend in məlumatına əsasən, Nəbi Tağıyevə Azərbaycan Respublikasının "Əməkdar müəllimi", Süleyman Cəfərova Azərbaycan Respublikasının "Əməkdar həkimi" fəxri adları verilib. Başqa sərəncamla 10 vətəndaşı Naxçıvanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə mükafatlandırıb.

Dövlət başçısının başqa sərəncamı ilə Nurəddin Babayev Naxçıvanda televiziya və radionun inkişafı sahəsindəki xidmətlərinə görə prezident təqaüdü alacaq.

Xəbər lenti

Xəbər lenti