...

Parlamentin Mədəniyyət məsələləri daimi komissiyasının fəaliyyət planı təsdiqlənib

Siyasət Materials 22 Fevral 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının fevralın 22-də keçirilən iclasında komissiyanın parlamentin yaz sessiyası çərçivəsində həyata keçirəcəyi işlərin planı təsdiqlənib.

Komissiyanın sədri Nizami Cəfərov bildirib ki, Mədəniyyət məsələləri daimi komissiyası parlamentin yaz sessiyasında müzakirəyə hər hansı qanun layihəsi təqdim etməyəcək.

"Buna baxmayaraq, komissiya bir neçə istiqamətdə fəaliyyətini davam etdirəcək. "Mədəniyyət haqqında", "Yaradıcı təşkilatlar haqqında" qanun layihələri hazırlamağa çalışacağıq. "Teatr və teatr fəaliyyəti haqqında" qanunun icrasına nəzarət həyata keçirəcəyik", - deyə komissiya sədri əlavə edib.

N.Cəfərov deyib ki, rəhbərlik etdiyi komissiya regionlarda teatrların bərpası istiqamətində iş aparacaq. Bundan başqa 2008-2018-ci illəri əhatə edəcək mədəniyyətin inkişaf konsepsiyasının hazırlanması qarşıya məqsəd kimi qoyulub.

İclasda iştirak edən mədəniyyət və turzim nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu istiqamətdə iş aparılır və İşci Qrup yaradılıb. İşci Qrup prezidentin sərəncamı ilə müəyyən edilən müddəti əhatə edən inkişaf proqramı hazırlayacaq.

Xəbər lenti

Xəbər lenti