...

Milli Məclisin deputatları fevralın 23- də Hollandiyanın Lahey şəhərinə yola düşəcək lər

Siyasət Materials 22 Fevral 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Fevralın 23-də Azərbaycan parlamentinin nümayəndə heyəti Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyanın Lahey şəhərinə yola düşəcək. Tədbirdə Milli Məclisin deputatları  Musa Quliyev, Elman Məmmədov, Qənirə Paşayeva və Vidadi Məmmədov Xocalı soyqırımı barədə həqiqətləri  Avropa ictimaiyyətinə çatdıracaqlar.

Türkiyənin İqdır Bələdiyyəsinin təşəbbüsü ilə  Hollandiyada keçiriləcək həmin konfransda 1992-ci il fevralın  25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin xüsusi qəddarlıqla törətdikləri soyqırımla bağlı videomateriallar, tarixi sənədlər nümayiş etdiriləcək, faciənin miqyaslarından və acı nəticələrindən bəhs edən məruzələr oxunacaq, XX əsrdə azərbaycanlılara və türklərə qarşı  amansız qətliamlar törətmiş erməni millətçilərinin iç üzü ifşa olunacaq.

Xəbər lenti

Xəbər lenti