...

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Siyasət Materials 23 Fevral 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev məlumat verib.

A.Quliyev qeyd edib ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

"Əfv Komissiyası iclaslarını davam etdirəcək", -deyə A.Quliyev bildirib.

Mart ayında əfv fərmanının imzalanıb-imzalanmayacağına gəlincə, komissiya üzvü deyib ki, bu barədə səsləndirilən fikirlər yanlız etimallardır.

Onun sözlərinə görə, Əfv Komissiyasına nə qədər müraciətin daxil olduğu dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti