...

Azərbaycan müdafiə nazirliyi Ramil Səfərovun vəkillərinin xərclərini ödəməkdə davam edəcək

Siyasət Materials 23 Fevral 2007 18:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Azərbaycan müdafiə nazirliyi müdafiə naziri Səfər Əbiyevin başçılığı altında Ramil Səfərovun müdafiəsini başqa formada təşkil etməli idilər. Bu barədə Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, müdafiə nazirliyi onun üzərinə düşən vəzifələri yerinə yetirməyib.

Bununla belə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, nazirlik Ramil Səfərovun məhkəmədə müdafiə olunmasında kifayət qədər maraqlıdır. Belə ki, müdafiə nazirliyi macar vəkillərinin bütün xərclərini ödəyib.

Məlumata əsasən, gələcəkdə R.Səfərovun vəkilləri Macarıstanın Ali Məhkəməsinə müraciət etsə, müdafiə nazirliyi maddi yardımı göstərməkdə davam edəcək. Nazirliyin ünvanına narazılıq çıxışlarına gəlincə, mətbuat xidməti bunun yalnız ayrı-ayır insanların fikrinin olması ilə izah edib.

Azərbaycanın Macarıstandakı səfirliyinin məlumatına əsasən, Appelyasiya Məhkəməsinin qərarı alınandan sonra Ramil Səfərovun vəkilləri gələcək fəaliyyət planları ilə müəyyənləşəcək. Macarıstan qanunlarına əsasən, qərar hər iki tərəfə bir ay ərzində təqdim olunacaq. Məlumata əsasən, vəkillər Georgi Mocar və Klaranın Ramil Səfərovun hüquqlarını müdafiə etməyə davam edəcəkləri barədə heç bir məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti