...

"İlin adamı" proqramının prezidenti: İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan və Ukrayna arasında münasibətlər ilbəil daha da dərinləşir

Siyasət Materials 1 Mart 2007 16:51 (UTC +04:00)
"İlin adamı" proqramının prezidenti: İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan və Ukrayna arasında münasibətlər ilbəil daha da dərinləşir

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna "İlin adamı" ümummilli proqramının prezidenti Arkadi Raytsinin Trend ə eksklüziv müsahibəsi

- Zəhmət olmasa, "İlin adamı" ümummilli proqramı haqqında danışardınız.

- Proqramın on dörd yaşı var. Proqram Ukrayna elitasının yüksək peşəkar nailiyyətlərini təsdiq etmək üçündür. 2001-ci ildən başlayaraq bizdə "İlin adamı" beynəlxalq mükafatının institutu mövcuddur. Mükafatlar Ali Akademik Şura tərəfindən Avropa və dünya ictimaiyyətinə inteqrasiyaya öz çəkili töhfəsini verən, və ya Ukraynaya bu və ya digər sahələrdə mesenantlıq, mədəniyyət, ictimai-siyasi fəaliyyətdə köməklik göstərən Avropa və dünya miqyaslı məşhur görkəmli şəxsiyyətlərə təqdim olunur.

- Mükafatın verilməsində əsasə müəyyənedici amil nədən ibarətdir?

- Azərbaycan prezidenti İlham Əliyevə "İlin adamı" beynəlxalq mükafatı 2006-cı ilə görə ictimai-siyasi fəaliyyətinə görə təqdim olunub. Ali Akademik Şuranın bu mükafatın İ.Əliyevə təqldim edilməsi səbəbi onun bilavasitə rəhbərliyi altında bütün sahələrə inteqrasiya edən Azərbaycan və Ukrayna arasında iqtisadi münasibətlərdən başlayaraq mədəni, ictimai münasibətlərə qədər münasibətlərin ilbəil daha da dərinləşməsidir. İ.Əliyev şəxsən bu münasibətlərə böyük töhfə verir, bunun da göstəricisi dövlətmizin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri, yüksək səviyyədə görüşlər, Ukrayna və Azərbaycan arasında qarşılıqlı anlaşmanın yeni müsbət səviyyəyə qaldıran müvafiq sənəd və müqavilələrin imzalanmasıdır.

- Azərbaycan tərəfini qərarınız barədə necə məlumatlandırmısınız?

Ali Akademik Şura tərəfindən qərar qəbul olunan kimi, Azərbaycan Respublikasının Ukraynadakı səfiri cənab Təliyət Əliyevə dərhal məlumat verdik və ona lazımi sənədləri təqdim etdik. Təbii ki, biz bu səfərə hazırlığın necə getdiyini izləyirik, və əlbəttə ki, mart ayında "İlin Adamı 2006" beynəlxalq mükafatını "Ukrayna" Sarayında təntənəli mərasim zamanı cənab İlham Əliyevə təqdim etməyi planlaşdırırıq.

- Bu cür hörmətli qonağın səfəri və mərasimdə şəxsən iştirak etməsi mükafatın yüksək səviyyəsindən xəbər vermirmi?

- Sözsüz, mən hesab edirəm ki, bu məhz belədir. Müstəqil dövlət başçılarının bir ildən çoxdur ki, beynəlaxlq mükafatların təqdim olunmasına böyük məmuniyyətlə münasibət göstərmələri mənə proqramın təşkilatçısı kimi çox xoş təsir bağışlayır. Misal olaraq onu bildirim ki, ötən il bu mükafatın alınması üçün Litva prezidenti cənab Adamkus səfərlə Ukraynada olub.

Xəbər lenti

Xəbər lenti