Azərbaycan, Bakı/müxbir " S.Ağayeva/ ATƏT Minsk qrupunun fransalı həmsədri Bernard Fasye regiona səfər çərçivəsində 8-9 mart tarixində Bakı və Yerevana səfər edəcək.
Azərbaycan XİN-dən verilən məlumata əsasən, fransalı həmsədri XİN rəhbəri Elmar Məmmədyarov qəbul edəcək. Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 13-14 mart tarixində Cenevrədəki danışıqlarının detalları müzakirə olunacaq.
Nazirlər Avropa Şurasının İnsan Haqları üzrə sessiyasında iştirak çərçivəsində görüşəcəklər.