...

Azərbaycan "Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişikliklər edilib

Siyasət Materials 13 Mart 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Prezidenti İlham Əliyev "DövlətMəhkəmə Ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmanla Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının adıçəkilən qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.

Fərmanla müəyyən edilib ki, məhkəmə ekspertizası idarələrinin yaradılması və ləğv edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası idarəsi haqqında əsasnamənin qəbul edilməsi idarənin tabe olduğu müvafiq icra hakimiyyəti orqanına -Ədliyyə Nazirliyinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti