...

Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə bağlı ümumrespublika müşavirəsi keçirəcək

Siyasət Materials 15 Mart 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / " müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı ümumrespublika müşavirəsi keirəcək. Bu barədə məlumat verən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, belə bir müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn prezident seçkilərinə hazırlığa start verməkdir.

"YAP-ın özünün çox güclü seçki strategiyası mövcuddur. Bu strategiya hər bir seçkidə daha da təkmilləşir. Biz beynəlxalq təşkilatlarla, xüsusilə ABŞ-ın Milli Demokratiya, o cümlədən Beynəlxalq Respublikaçılar institutları ilə birgə seminarlar keçiririk. Həmin seminarlar da yekunlaşmaq üzrədir. Konfranslar və seminarlar başa çatdıqdan sonra geniş bir müşavirə keçirməyi planlaşdırırıq", -deyə S.Novruzov əlavə edib.

Onun fikrincə, dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən Avropa dövlətlərində seçkilərə bir il qalmış prosesə hazırlığa start verilir. YAP da may ayında müəyyən işləri yekunlaşdıraraq seçki kampaniyasının başlanması ilə əlaqədar mövqeyini bildirəcək. . Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti