Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Bu gün Rustavi (Gürcüstan) şəhər bələdiyyəsi parklardan birinə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul edib. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin sözlərinə görə, park Rustavi şəhərinin mərkəzi hissəsində, fzərbaycanlıların kompakt yaşadığı, Kvemo-Kartli regionu quberniyasının mərkəzi binasının yaxınlığında yerləşir.
Həmin parkda Heydər Əliyevin büstü qoyulacaq. Şəhərin memarına isə büst layihəsinin hazırlanaraq şəhər bələdiyyəsinə təqdim olunması barədə göstəriş verilib.