...

Yaxın zamanlarda NATO üçün Azərbaycanın aerodromlarından birinin statusu müəyyən olunacaq

Siyasət Materials 16 Mart 2007 20:59 (UTC +04:00)
Yaxın zamanlarda NATO üçün Azərbaycanın aerodromlarından birinin  statusu müəyyən olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın Müdafiə Nazirliyi ölkənin aerodromlarından birinin NATO üçün ayrılması istiqamətində iş aparır. Bunu NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.

Onun sözlərinə görə, aerodroma Alyans hərbi qüvvələrinin Əfqanıstana daşınması ilə bağlı status verilə bilər. Danışıqlara yaxın zamanlarda başlanılacaq. 2008-ci ilə kimi raket yanacağının utilizasiyasının başa çatacağı gözlənilir. O, həyata keçirilən layihə çərçivəsində "Melanj" raket yanacağının tamamilə məhv ediləcəyinə ümid etdiyini bildirib.

Simmson həmçinin NATO-nun İrana münasibətdə heç bir hərbi planının olmadığını bildirib. Bununla yanaşı NATO-ya üzv olan bütün ölkələr BMT Təhlkükəsizlik Şurasının İrana münasibətdə qəbul edəcəyi qərarları dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti