...

Sloveniyanın xarici işlər naziri Cənubi Qafqazdakı vəziyyətə dair hesabat hazırlayır

Siyasət Materials 29 Mart 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qafqaz və Xəzər Komissiyası Cənubi Qafqazdakı vəziyyətə dair hesabat hazırlayır. Bu barədə məlumat verən Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Denis Sammut bildirib ki, hesabat 2007-ci ilin noyabr ayında açıqlanacaq.

Qafqaz və Xəzər Komissiyasına Sloveniyanın xarici işlər naziri Dmitri Rupel rəhbərlik edir. Komissiyaya bir sıra ölkələrin rəsmi şəxsləri və ekspertlər daxildir.

V.Sammut hesab edir ki, hazırlanan hesabat Cənubi Qafqazdakı vəziyyətə müsbət təsir göstərə bilər: "Sloveniya Avropa İttifaqına üz olmağa hazırlaşır. Bu ölkənin xarici işlər nazirinin hazırladığı hesabat obyektiv olacaq və orada bir sıra təkliflər öz əksini tapacaq."

Onun sözlərinə görə, hesabatda Cənubi Qafqaz ölkələri arasında etimadın yaradılmasına və əməkdaşlığın qurulmasına dair bir sıra təkliflər irəli sürüləcək: "Qafqaz və Xəzər Komissiyası hazırda Cənubi Qafqazda azad iqtisadi zonanın yaradılması imkanlarını araşdırır."

Xəbər lenti

Xəbər lenti