...

Azərbaycan prezidenti İordaniyaya rəsmi səfər edəcək

Siyasət Materials 2 Aprel 2007 15:29 (UTC +04:00)
Azərbaycan prezidenti İordaniyaya rəsmi səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda İordaniyaya rəsmi səfər edəcək. Səfər İordaniya kralı II Abdullanın ötən ilin avqustunda Azərbaycana rəsmi səfərinə cavabdır. Səfərə hazırlıq məsələləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 8-11 aprel tarixində bu ölkəyə rəsmi səfəri çərçivəsində müzakirə ediləcək. Bu barədə bazar ertəsi günü Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Onun sözlərinə görə, hazırda XİN rəhbərlərinin görüş proqramı hazırlanır. Məmmədyarovun İordaniyanın xarici işlər naziri, baş naziri, Oman meri ilə görüş keçirməsi nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və İordaniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin yekununa əsasən, iki ölkə xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması planlaşdırılır.

Azərbaycan XİN rəhbəri İordaniyadan Suriya və Livana yola düşəcək.

Xəbər lenti

Xəbər lenti