...

Azərbaycan prezidenti BMT baş katibinin nümayəndəsini qəbul edib

Siyasət Materials 2 Aprel 2007 16:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin BMT baş katibinin köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalinlə görüşündə Azərbaycanda erməni təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş məcburi köçkünlərin hüquqları məsələsi müzakirə edilib. Dövlət başçsı BMT baş katibinin nümayəndəsini Azərbaycanda bu kateqoriyadan olan insanların sosial həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Prezidentin sözlərinə görə, ilin sonuna qədər ölkədə məcburi köçkünlərin yerləşdikləri bütün çadır şəhərcikləri ləğv olunacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bu tədbirlər müvəqqəti xarakter daşıyır, dövlətin əsas məqsədi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasıdır. Kalin məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının qorunması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlərdən məmnunluğunu bildirib və qeyd edib ki, Azərbaycana missiyasının yekunlarına əsasən hesabat hazırlayacaq və onu BMT-nin İnsan Haqları üzrə Şurasına təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti